Əfqanıstan radioda qadın səsinə qadağa qoydu
Əfqanıstanın "Taliban" hərəkatı Kandahar vilayətində radioda qadın səsinin yayımlanmasını qadağan edib.
TodayPress xəbər verir ki, bu barədə yerli hakimiyyət bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bununla yanaşı radioverilişlərə qadınların izləyici kimi müraciət etməsi də qadağa edilib.
Bundan əlavə, yerli hakimiyyətlərdən xüsusi icazə almadan vilayətdə reportaj hazırlamaq olmaz.
Türkan İsgəndərli
tag: Əfqanıstan,Radio,Qadın,Qadağa,Todaypress.az,