Əfqanıstanda 32 məktəb binasının tikintisi yenidən başlayır
Əfqanıstanın şərqində yerləşən Paktia əyalətində yenidən 32 məktəb binasının tikintisinə başlanılacaq.
TodayPress “TOLOnews”a istinadən xəbər verir ki, bu layihələr əvvəlki administrasiyadan yarımçıq qalıb.
Paktia əyalətinin təhsil idarəsinin rəhbəri Əbdül Qəyyum Fəruqi bildirib ki, bəzi məktəb tikintiləri yeni layihələrdir, digərləri isə 30 faiz tamamlanmış vəziyyətdədir.
Onun sözlərinə görə, Əfqanıstanın Təhsil Nazirliyi bu layihələri prioritet elan edib.
Müvəqqəti Əfqanıstan hökuməti müharibədən zərər çəkmiş ölkənin yenidən qurulması üçün bir sıra infrastruktur və inkişaf layihələrinə start verib. Hökumət yerli və beynəlxalq şirkətləri bu layihələrə investisiya qoymağa və iş yerləri yaratmağa çağırır.
Bu addım yoxsulluqla mübarizə çərçivəsində həyata keçirilir.
Qiymət Mahir
tag: Əfqanıstan,Məktəb,Tikinti,Təhsil,Todaypress.az,