Əfqanıstanda 40 tarixi abidə bərpa olundu

Dünya

26.03.2025 15:42

1670

Son üç il ərzində Əfqanıstanda dağıntı riski ilə üzləşən 40 tarixi abidə və obyekt bərpa edilib. 

TodayPress xəbər verir ki, bu barədə Əfqanıstan müvəqqəti hökumətinin Mədəniyyət və İnformasiya Nazirliyinin sözçüsü Xəbib Qüfran “Xinhua” agentliyinə açıqlamasında bildirib.

Qüfranın sözlərinə görə, sözügedən abidələr ölkənin yeddi vilayətində yerləşir.

Nazirlik həmçinin qədim artefaktlar və tarixi məkanların mühafizəsi üçün xüsusi polis təhlükəsizlik dəstəsinin yaradıldığını elan edib.

Nazirliyin hesabatına əsasən, 2024-cü il ərzində Əfqanıstanın tarixi abidələrini təxminən 8.200 əcnəbi turist ziyarət edib.

Qiymət Mahir

tag: Əfqanıstan,Tarixi,Abidə,Bərpa,Todaypress.az,