Əfqanıstanda güclü qasırğa: Xəsarət alanlar var
Əfqanıstanın Cəlalabad şəhərində baş vermiş güclü qasırğa nəticəsində təxminən 30 nəfər xəsarət alıb.
TodayPress xəbər verir ki, bu barədə Nanqarhar əyalətinin təbii fəlakətlərlə mübarizə idarəsinin rəhbəri Seyfullah Xalid bildirib.
Onun sözlərinə görə, qasırğa güclü yağışlarla müşayiət olunub və şəhərdə ciddi dağıntılara səbəb olub. Belə ki telekommunikasiya qülləsi uçub, onlarla ağac kökündən qopub.
Qeyd edilir ki, fəlakət nəticəsində bir nəfərin həyatını xilas etmək mümkün olmayıb. Dağıntıların miqyası hələ tam qiymətləndirilməyib.
Türkan İsgəndərli
tag: Əfqanıstan,Cəlalabad,Qasırğa,Fəlakət,todaypress.az,