Əfqanıstanda məscid yaxınlığında partlayış oldu, ölənlər var

Dünya

14.04.2025 11:08

15

Əfqanıstanın Bəlx vilayətinin paytaxtı Məzari-Şərif şəhərində, ölkənin şimalında yerləşən məscidin yaxınlığında partlayış baş verib.   

TodayPress xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti hadisə şahidlərinə istinadən məlumat yayıb. 

Onlar bildiriblər ki, azı bir nəfər ölüb, üç nəfər yaralanıb. 

İlkin məlumatlara görə, partlayışa əvvəlcədən quraşdırılmış partlayıcı qurğunun işə düşməsi səbəb olub. 

Əfqanıstanı idarə edən "Taliban" hərəkatının nümayəndələri hələlik partlayışla bağlı məlumatı şərh etməyiblər. 

Qəzet xatırladıb ki, 2022-ci ildə bu məscid kamikadze hücumunun hədəfi olub.

Terror aktı nəticəsində onlarla insan yaralanıb. 

Töhfə Səməd

tag: Əfqanıstan,Partlayış,Məscid,Yaralı,Todaypress.az,