Əfqanıstanda məsciddə partlayış baş verdi

Dünya

14.02.2025 18:45

1313

Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətinin inzibati mərkəzi olan Aybak şəhərində məsciddə partlayış baş verib.

TodayPress xəbər verir ki, bu barədə Əfqanıstanın “1 TV News” telekanalı məlumat yayıb. Məlumata görə, cümə namazı zamanı iki yerli sakin məscidə partlayıcı qurğu yerləşdirib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.     

Nicat Osman

tag: Əfqanıstan,Partlayış,Məscid,Yaralı,Todaypress.az,