Əfqanıstanda sel kütləvi ölümə səbəb oldu
Əfqanıstanın Fərəh əyalətində güclü yağış və daşqınlar nəticəsində azı 21 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə təbii fəlakətlərin idarə olunması üzrə əyalətin direktoru Məhəmməd İsrael Sayar məlumat verib.
O, bildirib ki, şiddətli yağışlar əyalətin Kala-i-kah rayonu yaxınlığında daşqınlara səbəb olub.
Qeyd edək ki, Əfqanıstanın əksər bölgələrinə fevralın 24-dən etibarən yağış və qar yağıb. Ölkənin meteorologiya departamenti 34 əyalətdən 32-də qar və yağışla yanaşı, daşqınlar olacağını proqnozlaşdırıb.
Aysel Mətləb
tag: Əfqanıstan,Dünya,Sel,Kütləvi ölüm,todaypress.a,