Əfqanıstanda xaş-xaş plantasiyaları məhv edildi
Əfqanıstanın şərqində yerləşən Xost vilayətində hüquq-mühafizə orqanları qeyri-qanuni xaş-xaş plantasiyalarını məhv edib.
TodayPress xəbər verir ki, bu barədə vilayət polisinin sözçüsü Tahir Ehrar açıqlama verib.
Məlumata görə, son bir neçə gün ərzində Əlişir, Nadir Şah Kot və Tanay rayonlarında ümumilikdə iki akr sahədə qeyri-qanuni əkilmiş xaş-xaş bitkiləri məhv edilib.
Tahir Ehrar bildirib ki, vilayət ərazisində narkotik maddələrin əkini, istehsalı və dövriyyəsi ilə bağlı qanun pozuntularına yol verənlər ciddi şəkildə cəzalandırılacaq:
“Heç kimə qeyri-qanuni bitki yetişdirməyə və narkotik ticarəti ilə məşğul olmağa icazə verilməyəcək”.
Qiymət Mahir
tag: Əfqanıstan,Xaşxaş,Narkotik,Məhv,Todaypress.az,