Əfqanıstanda yol qəzasında 5 nəfər həlak oldu
Əfqanıstanın şimalında yerləşən Təxar vilayətində ağır yol qəzası nəticəsində beş nəfər həyatını itirib.
TodayPress xəbər verir ki, bu barədə dövlətə məxsus “Bakhtar” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə martın 25-də gecə saatlarında Fərxar rayonunun Şeyx Rabat bölgəsində baş verib.
“Land Cruiser” markalı avtomobilin sürücüsünün ehtiyatsızlığı nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qeyd edək ki, Əfqanıstanda sıx yollar, köhnə və təhlükəli magistrallar, habelə yol nişanlarının olmaması yol qəzalarının əsas səbəbləri hesab olunur.
Qiymət Mahir
tag: Əfqanıstan,Yol qəzası,Ölüm,Hadisə,Todaypress.az,