Əfqanıstandan inkişaf və təhsil sahəsinə 12,4 milyonluq dəstək

Dünya

07.03.2025 13:56

2556

Əfqanıstanın müvəqqəti hökumətinin Ticarət və Sənaye Nazirliyi inkişaf və təhsil layihələrini həyata keçirmək üçün 15 beynəlxalq və yerli qurumla anlaşma memorandumları imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə yerli mənbə məlumat verib.   

İmzalanmış memorandumların ümumi dəyəri 12,4 milyon ABŞ dollarından çox olub.

Təxminən 17 min 673 nəfərin faydalandığı bildirilən bəyanatda, layihələrin ölkənin 34 əyalətindən 16-da həyata keçiriləcəyi açıqlanıb. 

Qeyd edək ki, Əfqanıstanın müvəqqəti hökuməti həm yerli, həm də beynəlxalq təşkilatları iqtisadiyyatı inkişaf etdirmək və daha çox iş yerləri yaratmaq üçün ölkəyə sərmayə qoymağa çağırıb. 

Töhfə Səməd

tag: Əfqanıstan,Təhsil,Dəstək,Memorandum,Todaypress.az,