Egeydə güclü zəlzələ oldu

Dünya

18.02.2025 09:07

1412

Yunanıstan sahilində 5 maqnitudalı zəlzələ qeydə alınıb.

TodayPress  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:46-da (Bakı vaxtı ilə 08:46) İraklion şəhərindən (Krit adası) 152 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 2 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

tag: Zəlzələ ,Egey ,Dəniz ,Hadisə ,Todaypress.az,