Əkrəm İmamoğlu həbs edildi - YENİLƏNDİ
Əkrəm İmamoğlu ilə birlikdə daha 48 şübhəli şəxs də həbsxanaya göndərilib.
TodayPress xəbər verir ki, Türkiyə ədliyyə naziri Yılmaz Tunç son hadisələri şərh edərək, istintaq işinin davam etdiyini bildirib.
O, məhkəmə prosesini “siyasi istintaq” olaraq adlandırmağın yanlış olduğunu da vurğulayıb.
***
11:17
Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilib.
TodayPress Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun, qərara əsasən cəza evinə göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ə. İmamoğlu haqqında terror istintaqı üzrə qərarın da verilməsi gözlənilir.
tag: Türkiyə,İBB,Əkrəm İmamoğlu,todaypress.az,