Əkrəm İmamoğlu həbs oluna bilər

Dünya

06.02.2025 02:31

2747

İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlek və ailəsi ilə bağlı dediyi ifadələrə görə həbsi tələb olunub.

 

TodayPress xəbər verir ki, bununla bağlı İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən ittiham aktı hazırlanıb.

 

Akta əsasən, İmamoğlunun 2 il 8 aydan 7 il 4 aya qədər həbs edilməsi istənilir.

 

tag: İstanbul, Əkbər İmamoğlu, Həbs, Sədr, Terror, todaypress.az,