Ekspertlər ABŞ-Rusiya danışıqlarını müsbət qiymətləndirirlər
Amerikalı ekspertlər Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya görüşünün nəticələrinə optimist yanaşdıqlarını bildiriblər.
TodayPress xəbər verir ki, bu barədə “CBS” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ər-Riyadda ABŞ-nin texniki qrupu tərəfindən təqdim olunan hesabatlar müsbət xarakter daşıyır.
Qeyd edək ki, ABŞ və Rusiyanın martın 25-də Vaşinqton vaxtı ilə səhər saat 4:00-da (Bakı vaxtı ilə 12:00-da) birgə yekun bəyanat yayacaqları gözlənilir.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Danışıqlar,Görüş,Müsbət,Todaypress.az,