Ekvadorda fövqəladə vəziyyət elan edildi
Ekvador hökuməti fevralın 25-də baş verən güclü leysan yağışları nəticəsində dağılan 8 əyalətdə fövqəladə vəziyyət elan edib.
TodayPress xəbər verir ki, bu barədə adı çəkilən ölkənin prezidentinin ofisi məlumat verib.
Bildirilib ki, fövqəladə vəziyyət sözügedən ölkənin Müdafiə Nazirliyinin maddi-texniki dəstəyini və hökumətin bütün səviyyələrinin kritik ərazilərdə səfərbər edilməsini asanlaşdıracaq.
"Bizim üçün prioritet vətəndaşların həyatını qorumaq və daşqınla üzləşən icmalara dəstək verməkdir" deyə məlumat verilib.
Qeyd edək ki, yanvar ayından bəri yağan güclü yağışlar ölkənin 24 əyalətindən 23-də torpaq sürüşmələrinə, daşqınlara və strukturların çökməsinə səbəb olub.
Son statistikaya görə, təbii fəlakət indiyədək 9 nəfərin həyatına son qoyub, 4232 evə ziyan vurub.
Ümumilikdə isə 14829 nəfər zərər çəkib.
Aysel Mətləb
tag: Ekvador,Təbii fəlakət,Ölüm,Sürüşmə,Yağış,todaypress.az,