Ən böyük müdafiə sərgisi açıldı

Dünya

17.02.2025 13:40

1185

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə yerləşən Milli Sərgilər şirkətinin sərgi kompleksində “ADEX-2025” beynəlxalq müdafiə sərgisi öz qapılarını ziyarətçilər üçün açıb.  TodayPress xəbər verir ki, bu barədə kompelks özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Fevralın 17-dən 21-dək baş tutacaq genişmiqyaslı tədbirin əvvəlkindən daha effektiv olacağı vurğulanıb.

Qeyd edək ki, daha öncə 2023-cü il müdafiə sərgisi 65 ölkədən 132 mindən çox ziyarətçi cəlb edərək rekord göstəricilər müəyyən edib. İştirakçılar tədbir zamanı 6,35 milyard dollar (10.7 milyard manat) dəyərində müqavilələr imzalayıb.

Nicat Osman

tag: ADEX, Silahlar, Ekspo Mərkəzi ,Abu Dabi,Todaypress.az,