Energetika naziri: "Razılaşma əldə olunmasa, ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək"
İranın nüvə proqramı ilə bağlı razılaşma
əldə olunmasa, ABŞ Tehrana, o cümlədən onun neft sektoruna qarşı daha sərt
sanksiyalar tətbiq edəcək.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin
energetika naziri Kris Rayt "CNBC" telekanalına müsahibəsində bildirib.
“Əlbəttə ki, mən İrana qarşı çox sərt sanksiyalar gözləyərdim və ümid edərdim ki, onlar onu nüvə proqramından əl çəkməyə məcbur edəcək” o vurğulayıb
Raytın sözlərinə görə, ABŞ İranın nüvə silahına sahib
olmasına icazə verə bilməz.
Xatırladaq ki, daha öncə İran Prezidenti Məsud Pezeşkian
Tehranın amerikalı həmkarı Donald Trampa cavab məktubunda Vaşinqtonla nüvə
proqramı ilə bağlı birbaşa danışıqlardan imtina etdiyini, danışıqlar üçün
pəncərənin yalnız üçüncü ölkələrin vasitəçiliyi ilə açıq olduğunu bildirmişdi.
Öz növbəsində, Tramp “NBC News” telekanalına müsahibəsində ABŞ və İran arasında
razılıq olmayacağı təqdirdə, qarşı tərəfi buna qədər misli görünməmiş
bombardmanlarla hədələyib.
tag: Energetika, ABŞ, Rüsum, Pezeşkian, Tramp, todaypress.az,