Enerqodar atəşə tutuldu

Dünya

26.04.2025 16:25

11

Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında yerləşən Enerqodar peyk şəhərciyi artilleriya atəşinə məruz qalıb.   

TodayPress xəbər verir ki, bu barədə Zaporojye vilayətinin Enerqodar şəhər administrasiyasının rəhbəri Maksım Puxov öz “Telegram” kanalında məlumat verib. 

"Enerqodar artilleriya atəşi altındadır. Hazırda itkilər barədə məlumat yoxdur" o yazıb. 

Onun sözlərinə görə, şəhərin mərkəzində avtomobil zədələnib, bir neçə evin şüşələri sındırılıb. 

Puxov hamını təhlükəsiz yerlərdə qalmağa çağırıb.

tag: Enerqodar,Atom Elektrik Stansiyası,Atəş,Ukrayna,Todaypress.az,