Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü başa çatdı - YENİLƏNDİ
Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları yekunlaşıb.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Danışıqlar Bakı vaxtı ilə saat 11:30 radələrində başlayıb. Təxminən 2,5 saatdan sonra tərəflər 15 dəqiqəlik fasilə verib, bir saat sonra isə nahara gediblər.
Moskvanı danışıqlar masasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər.
İclasda ABŞ-ni prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkof təmsil edib.
Görüş kral ailəsinin saraylarından birində - Albasatin kompleksindəki Diriyahda baş tutub.
xxx
15:00
Ər-Riyadda baş tutan Rusiya-Amerika danışıqlarında qısa fasilə elan edilib, bundan sonra tərəflər görüşlərini davam etdirəcəklər.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Hazırda qısa fasilə elan olunub və bundan sonra tərəflər danışıqlar prosesini davam etdirməyə başlayacaqlar. Bu məsələ ilə bağlı danışıqlar zamanı tərəflərin təfərrüatları və mövqeləri ilə bağlı çoxlu suallarımız var" o deyib.
Töhfə Səməd
tag: Ər-Riyad,Rusiya,Amerika,Fasilə,Mariya Zaxarova,todaypress.az,