Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq

Dünya

25.03.2025 13:47

1235

Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq.

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu danışıqlar texniki məsləhətləşmələrdir.

"Texniki danışıqların təfərrüatları ictimaiyyətə açıqlanmayacaq, çünki yalnız hər iki ölkənin rəhbərliyinə təqdim olunub. İndi nümayəndə heyətlərinin paytaxtlara göndərdiyi hesabatlar təhlil edilir və yalnız bundan sonra hansısa anlaşmadan danışmaq mümkün olacaq"  deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndə heyətləri martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda görüş keçirib. Görüş 12 saatdan çox davam edib və Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlərə həsr olunub.

Nicat Osman

tag: Rusiya,ABŞ,Ər-Riyad,Danışıqlar,Peskov,Todaypress.az,