Əraqçi: "İran təzyiq altında danışıqlara girməyəcək"

Dünya

31.03.2025 18:02

1874

"Tehran heç vaxt ABŞ ilə birbaşa danışıqlara girməyəcək". 

TodayPress xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. 

Onun sözlərinə görə, Tehran diplomatik yolla danışıqlara hazırdır, ancaq təzyiq və təhdidlər altında heç vaxt ABŞ ilə birbaşa danışıqlara getməyəcək. 

Nazir əlavə edib ki, amerikalıların Yəmən xalqına qarşı hücumu uğursuzluğa məhkumdur. Yəmən hərbi hücumlarla məğlub edilə bilməz. 

Türkan İsgəndərli

tag: Abbas Əraqçi,İran,XİN,ABŞ,Todaypress.az,