Əraqçi: "İran və ABŞ yalnız nüvə dosyesini müzakirə edəcək"
"Omandakı danışıqlarda İran və ABŞ nümayəndə heyətləri yalnız İranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsini müzakirə edəcəklər".
TodayPress xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
Qətərin "Əl-Cəzirə" telekanalı nazirin sözlərindən sitat gətirib : "Danışıqlar dolayı xarakter daşıyacaq və yalnız nüvə dosyesinə aid olacaq. Əsas məsələlərin əksəriyyəti məsləhətləşmələr zamanı aydınlaşdırılacaq".
Əraqçi əlavə edib ki, İran nümayəndə heyətinə bu mövzuda danışıqlar aparmaq təcrübəsi olan ekspertlər daxildir.
Qeyd edək ki, aprelin 12-də Omanda İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin birinci raundu başlayıb.
Əsas danışıqları aparanlar İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdur. İran tərəfinin açıqlamasına görə, danışıqlar Maskatın vasitəçiliyi ilə aparılacaq.
Töhfə Səməd
tag: Abbas Əraqçi,İran,XİN,ABŞ,Todaypress.az,