Əraqçi: "İranın əsas məqsədi ABŞ-nin sanksiyalarını ləğv etdirməkdir"
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İranın ABŞ ilə danışıqlardakı əsas məqsədi Tehranın üzərinə tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsidir. O, həmçinin, İranın nüvə proqramının yalnız sülh məqsədli olduğunu vurğulayıb.
TodayPress xəbər verir ki, Əraqçi İranın dövlət xəbər agentliyi IRNA-ya verdiyi müsahibəsində, danışıqların mövzularının hər kəsin təklif və istəklərinə açıq olduğunu qeyd edib.
“Biz İran xalqının maraqlarını qorumağa çalışırıq, nüvə proqramımız isə yalnız sülh məqsədli və qanunidir. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi də proqramımızın qanuniliyini təsdiq edib. İran əleyhinə əsassız ittihamlarla tətbiq olunan sanksiyalar ləğv olunmalıdır. Danışıqlardakı əsas məqsədimiz İran xalqının hüquqlarının həyata keçirilməsi və sanksiyaların ləğv edilməsidir” deyə o bildirib.
Qiymət Mahir
tag: ABŞ,İran,Abbas Əraqçi,İran XİN,Todaypress.az,