Əraqçi: “Sülh sazişi eskalasiya riskini minimuma endirəcək”
İran Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi mətninin razılaşdırılmasını müsbət qiymətləndirir və tərəfləri sənədi tezliklə imzalamağa çağırır.
TodayPress xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Yerevanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Nazir vurğulayıb ki, ölkələrin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi və regionda geosiyasi dəyişiklər yol verilməzdir.
Əraqçi qeyd edib ki, sülh sazişinin imzalanması bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Ümid edirik ki, mövcud problemlər tezliklə həllini tapacaq və sənəd imzalanacaq. Gərginliyin artması riski var, lakin biz inanırıq ki, razılaşma bu riski minimuma endirəcək və biz ümumi maraqlara əsaslanan sabitliyin şahidi olacağıq” deyə o, eskalasiya riskinə dair suala cavabında bildirib.
Qiymət Mahir
tag: Abbas Əraqçi,İran ,Azərbaycan,Ermənistan,Todaypress.az,