Əraqçi və Qrossi danışıqlar apardı

Dünya

16.04.2025 23:40

15

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb və danışıqlar aparıb.

TodayPress xəbər verir ki,. bu barədə Qrossi sosial şəbəkədə yazıb.

"İran səfərim zamanı İranın xarici işlər naziri Əraqçi ilə mühüm görüş keçirdim. İranın nüvə proqramının dinc xarakter daşıdığına etibarlı təminat vermək üçün MAQATE ilə əməkdaşlıq lazımdır" deyə Qrossi bildirib.

tag: Beynəlxalq Atom Enerjisi Agentliyi,Rafael Qrossi, Tehran, İran, Abbas Ərqaçi, todaypress.az,