Əraqçi: “Zelenski-Tramp qarşıdurması dərin çatları üzə çıxardı”

Dünya

05.03.2025 16:14

1381

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasındakı qarşıdurmanın qlobal nizamda dərin çatları üzə çıxardığını və qeyri-müəyyənliklər dövrünün başlanğıcını qoyduğunu bildirib.

TodayPress xəbər verir ki, bu barədə o, “Ettelaat”da dərc olunan məqaləsində yazıb. “Donald Tramp, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ Evdə baş verən qarşıdurma adi fikir ayrılığı deyildi. Bu hadisə mövcud dünya nizamının əsasındakı çatların nə qədər dərin olduğunu bir daha göstərdi və onların daha da genişləndiyini sübut etdi” deyə Araqçi qeyd edib. İran XİN rəhbərinin sözlərinə görə, bu mübahisənin səbəbləri və motivləri barədə müxtəlif nəzəriyyələr var, lakin aydın olan odur ki, hadisə daha qeyri-müəyyən dünyanın başlanğıcını qoyub. Qiymət Mahir

tag: Abbas Əraqçi,İran,XİN,ABŞ,Todaypress.az,