Ərdoğan: "ABŞ İsrailə atəşkəs üçün təzyiq etməlidir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail yalnız ABŞ-nin təzyiqi ilə daimi atəşkəsə razılıq verə bilər.
TodayPress xəbər verir ki, o, bu fikirləri İtaliyadan qayıdarkən jurnalistlərlə söhbətində səsləndirib.
Onun sözlərinə görə, İsrail yalnız girovların azad edilməsi müqabilində qısa müddətli atəşkəsə razı ola bilər.
Ərdoğan qeyd edib ki, əvvəllər Qəzzaya müəyyən səviyyədə humanitar yardım göndərmək mümkün olsa da, hazırda nəqliyyat əlaqələri tamamilə kəsilib. Türkiyə Xarici İşlər Nazirliyi isə bu istiqamətdə həm Qərb ölkələri, həm də Fələstin və İsrail nümayəndələri ilə görüşlər keçirməkdə davam edir.
“Keçmişdə atəşkəs və humanitar yardım məsələlərində müəyyən əməkdaşlıq mümkün idi. Amma hazırda Qəzzada aclıq və yoxsulluq çox dərinləşib, münaqişədən kənarda da çox sayda mülki insan həyatını itirə bilər. Bu səbəbdən biz ilk növbədə humanitar dəhlizin açılmasına fokuslanmışıq” deyə Türkiyə Prezidenti bildirib.
Türkan İsgəndərli
tag: Türkiyə,Prezident,Ərdoğan,israil,todaypress.az,