Ərdoğan administrasiyası iddiaları əsassız adlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası parlament üzvlərinin dinlənilməsi ilə bağlı müxalif siyasətçilərin iddialarını təkzib edib.
TodayPress xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin açıqlama yayıb.
Qeyd olunub ki, Türkiyə Cinayət-Prosessual Məcəlləsinin 135-ci maddəsinə əsasən, yalnız istintaq və ya təqib olunan şəxslər barəsində, müəyyən cinayətlər üzrə, məhkəmə qərarı ilə dinləmə tədbiri həyata keçirilə bilər.
Açıqlamada əlavə edilib ki, bu qərarlar İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinə (ICTA) göndərilir, prosedura və qanunlara zidd olan hallara isə hüquqi etiraz edilir.
Mərkəz vətəndaşları təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb.
Qiymət Mahir
tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan,Prezident Administrasiyası,Parlament,todaypress.az,