Ərdoğan Aİ liderləri ilə görüşməkdən imtina etdi

Dünya

20.03.2025 12:10

886

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) liderləri ilə Brüsseldə görüşməkdən imtina edib.   

TodayPress xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb. 

“Polşanın baş naziri Donald Taskın Ankaraya səfərindən sonra Ərdoğanın Brüsseldə keçiriləcək Aİ liderlərinin görüşünə getməsi ehtimalı var idi. Lakin prezident Ərdoğan bu gün başlayacaq sammitdə iştirak etməyəcək” nəşr yazıb. 

Türkiyə rəsmilərinin bu qərara səbəb kimi avropalı rəsmilər arasında şəffaflığın olmamasını göstərdiyi bildirilir.

Töhfə Səməd

tag: Ərdoğan,Türkiyə,Avropa İttifaqı,Görüş,İmtina,Todaypress.az,