Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
ölkə daxilindəki ana müxalifətin özünə nəzarətin itirdiyini bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə İstanbulda
çıxışı zamanı deyib.
“Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq
Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan
məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür biabırçılıq nümayiş etdirildi”
dövlət başçısı söyləyib.
Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə hökuməti
hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə
olunmasına icazə verməyəcək.
tag: Ərdoğan, Türkiyə, Müxalifət, İstanbul, Çıxış, Hakimiyyət, todaypress.az,