Ərdoğan Antalya hava limanının açılışında iştirak edəcək

Dünya

06.04.2025 17:10

20

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya hava limanının yeni terminallarının açılış mərasimində iştirak edəcək. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, beynəlxalq terminalın sahəsi 90,1 min kvadratmetrdən 224 min kvadratmetrə qədər artırılıb. Daxili terminal isə 36,8 min kvadratmetrdən 75 min kvadratmetrə qədər genişlənib.

Nazir əlavə edib ki, hava limanının illik buraxılış qabiliyyəti 25 milyondan 82 milyona yüksələcək.

Layihəyə əsasən, təyyarə parkinq zonalarının sayı 108-dən 176-ya qalxacaq.

Qeyd edək ki, açılış mərasimi aprelin 12-də baş tutacaq.

Türkan İsgəndərli

tag: Rəcəb Tayyib Ərdoğan,Türkiyə,Antalya,Hava limanı,todaypress.az,