Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışdı
İğdır-Naxçıvan qaz kəməri sayəsində
biz ən azı 30 il ərzində Naxçıvanın bütün təbii qaza olan tələbatını
ödəyəcəyik.
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü
barədə danışarkən deyib.
"Bundan əlavə, mən və qardaşım İlham Əliyev bir çox
mühüm məsələlərdə, xüsusilə Ermənistanla sülh danışıqları barədə müzakirə
apardıq" Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə
açıqlamasında bildirib.
Qeyd edək ki, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz
kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə
iştirak ediblər.
Açılış mərasimində bildirilib ki, İğdır-Naxçıvan qaz
boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm
Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir
özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon
kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.
tag: Azərbaycan, Türkiyə, Ankara, İlham Əliyev, Ərdoğan, Görüş, todaypress.az,