Ərdoğan: "Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır"
"Türkiyədə hakimiyyət və cəmiyyət arasındakı münasibətləri pozmağa çalışan ayrı-ayrı qüvvələr var".
TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlament qrupunun iclasında bildirib.
O, qeyd edib ki, vəzifələr müvəqqətidir, əsas olan insanların qəlbini qazanmaqdır:
"Biz cəmiyyətlə münasibətləri möhkəmləndirməyə çalışarkən, bəzi qüvvələr əngəl olmağa çalışırlar. Müxtəlif maskalar altında ölkəni istismar edənlərin soyğunçuluq fəaliyyətlərini pozmağımızdan qaynaqlanır. Biz ən böyük nifrəti bunlardan gördük. Türkiyəyə düşmən münasibət bəsləyən dairələr bu qüvvələrdən öz məqsədləri üçün istifadə edirlər"
tag: Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Cəmiyyət,İclas,Çıxış,Todaypress.az,