Ərdoğan: Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik
"Qardaşla qardaşın arasını vurmaq üçün
oyun oynadılar. Ünvan kimi küçəni göstərdilər".
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan tələbələrlə iftarda ölkədəki son proseslərdən danışarkən
bildirib.
“Gərginliyi artırdılar, gənclər arasında nifrət toxumu
səpdilər. Gənclərimizi bir-birinə qarşı qoydular” o qeyd edib.
Ərdoğan, həmçinin gənclərə səslənib: “Biz ölkəmizi küçə
terroruna təslim edə bilmərik, çox-çox diqqətli olun. Bu ölkə küçələrdə
qurulmayıb. Küçələrdə terror törədənlərin getməyə yerləri yoxdur. Onların
getdiyi yol dalana dirənir”.
tag: Ərdoğan, Türkiyə, Müxalifət, Gənc, Çağırış, todaypress.az,