Ərdoğan: "CHP-nin atdığı addımlar nəticə vermədi"
Terrorsuz Türkiyə hədəfi planlaşdırdığımız şəkildə davam edir və bu istiqamətdə hər hansı problem yoxdur. Hadisələr hər ötən gün ölkəmizin və bölgəmizin xeyrinə daha sağlam bir formada davam edir. “Cumhur İttifaqı” olaraq bu prosesi ən yüksək səviyyədə qurur və davam etdiririk. Kimsə bu prosesdən özünə mənfi pay çıxarmasın. Bunların heç biri nəticə verməz.
TodayPress xəbər verir ki, bu ifadələr Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda media nümayəndələrinə gündəmə dair
açıqlamalarında yer alıb. Jurnalistlərin ABŞ-a səfəri ilə bağlı sualını
cavablandıran R.T. Ərdoğan hələlik konkret bir tarixin müəyyənləşdirilmədiyini
deyib: “Həm xarici işlər, həm də ticarət nazirlərimizin görüşləri və Amerika
ilə bağlı səfər cədvəlləri gündəmdədir. Bu cədvəllər istənilən an işə düşə və
əməkdaşlarımızın ABŞ-a səfərləri mümkün ola bilər. Həmin səfərlər zamanı son
günlər gündəmə gələn vergi ilə bağlı məsələlər də əsas müzakirə mövzularından
biri ola bilər. Arzumuz Türkiyəyə qarşı düşündükləri müsbət yanaşmanın reallaşdığını
görməkdir”.
Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyinin tərəfdarlarını aprelin 2-də yerli mal və müəssisələri boykot etmək çağırışlarına da toxunan Türkiyə Prezidenti bu prosesin müxalifətin istəyinin tam əksinə getdiyini, həmin gün alış-veriş mərkəzlərinin daha da canlandığını qeyd edib: “Son hadisələr fonunda CHP-nin atdığı addımlar nəticə vermədi və verməyəcək. İqtisadiyyatda bu millətin əleyhinə kampaniya aparanları mənim heç kim bağışlamır. Əksinə, daha çox alış-veriş edir”.
tag: Ərdoğan, Türkiyə,Cümhuriyyət Xalq Partiyas, Tərəfdar, todaypress.az,