Ərdoğan: Dörd gündür xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər
Müxalifət nə edirsə etsin, biz heç vaxt
sağlam düşüncədən, səbirdən, sakitlikdən əl çəkməyəcəyik.
TodayPress xəbər verir ki, bu sözləri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar
proqamında çıxışı zamanı deyib.
"Bələdiyyələrimiz korrupsiyanın,
ədalətsizliyin tərəfində olmayacaq, onlar nəyin doğru, nəyin halal, nəyin haram
olduğunu bilə-bilə xalqına xidmət edəcək. Dörd gündür (müxalifət-red)
xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər" Ərdoğan
bildirib.
Türkiyə lideri qeyd edib ki, müxalifət öz strukturunu
zəhərli sarmaşıq kimi sarmış soyğunçulardan təmizləməyincə, nə siyasi nüfuzunu,
nə də siyasi kimliyini geri qaytara biləcək.
"Siyasət və ədalətin küçə terroru ilə idarə olunduğu
günlər köhnə Türkiyə ilə birlikdə geridə qaldı. Əgər cəsarətin varsa, qoy
demokratiya işləsin, qoy qanun işləsin. Məhkəmələr heç bir təzyiqə məruz
qalmadan türk xalqı adına qərar versin. Türkiyədə heç kim qanun çərçivəsindən
kənarda deyil" Ərdoğan vurğulayıb.
tag: Ərdoğan, Türkiyə, Əkrəm İmamoğlu, Aksiya, todaypress.az,