Ərdoğan ilə NATO baş katibi arasında telefon danışığı oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” platformasındakı paylaşımında bildirilib.
Görüş zamanı regional və qlobal məsələlər müzakirə olunub.
Türkiyə Prezidenti Ukrayna
ilə Rusiya arasında müharibənin sona çatması üçün əlindən gələni etdiyini,
bundan sonra da üzərinə düşəni yerinə yetirməyə davam edəcəyini, müharibəyə
başlayan tərəflər də daxil olmaqla, bir çox beynəlxalq təşkilatların liderləri
və təmsilçiləri ilə əlaqə saxladığını,ədalətli və davamlı sülhün mümkün
olduğunu bildirib.
tag: Türkiyə, NATO, Telefon, Danışıq, Mark Rutte, todaypress.az,