Ərdoğan iranlı həmkarı ilə regional məsələləri müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla
iranlı həmkarı Məsud Pezaşkian arasında telefon danışığı olub.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə
Prezidentinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, tərəflər arasında ikitərəfli məsələlər
müzakirə olunub. Həmçinin regional və beynəlxalq məsələlər barədə fikir
mübadiləsi aparılıb.
Ərdoğan qeyd edib ki, Ankara ikitərəfli münasibətlərin
inkişafı üçün səylərini davam etdirəcək. Telefon danışığı zamanı Türkiyə lideri
həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.
tag: Türkiyə, Ərdoğan, Məsud, İran, Həmkar, todaypress.az,