Ərdoğan: “Netanyahu Qəzzaya vurduğu 100 milyard dollarlıq ziyanı ödəməlidir”
“İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya vurulan 100 milyard dollarlıq zərəri kompensasiya etməlidir”.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyada səfərdə olarkən bəyan edib.
“Netanyahu Qəzza sakinlərini öz torpaqlarından çıxarmaq üçün yer axtarmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollarlıq ziyanın ödənilməsi üçün vəsait tapmağa çalışmalıdır” deyə Türkiyə lideri bildirib.
Xatırladaq ki, 19 yanvardan etibarən Qəzza zolağında atəşkəs rejimi qüvvədədir. Bu, İsrail və HƏMAS arasında əldə edilən və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutan razılaşmanın bir hissəsidir.
Müqavilənin ilk mərhələsi çərçivəsində 42 gün ərzində 33 israilli girovun və təxminən 1000 fələstinli məhbusun azad edilməsi planlaşdırılıb. İndiyə qədər artıq 5 girov mübadiləsi həyata keçirilib və İsrail 21 girovu, o cümlədən 5 tailandlı vətəndaşı geri qaytarıb.
Qiymət Mahir
tag: Dünya,Ərdoğan,İsrail,Benyamin Netanyahu,todaypress.az,