Ərdoğan Pakistanın Baş nazirinə "Togg" hədiyyə etdi

Dünya

13.02.2025 19:10

2027

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.

TodayPress xəbər verir ki, bu barədə "Daily Sabah" məlumat yayıb.

Qeyd edək ki, R.T.Ərdoğan Pakistanda rəsmi səfərdədir.

Xatırladaq ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da başlanılıb. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

tag: Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Pakistan,Baş nazir,Şahbaz Şərif,todaypress.az,