Ərdoğan: “Qlobal diplomatiyanın ürəyi Antalyada döyünəcək”

Dünya

11.04.2025 17:03

16

“Bu gün burada münaqişələrin yerinə dialoqu, güc yarışı yerinə ədalətli yanaşmanı müdafiə etdiyimi göstəririk". 

TodayPress xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində deyib.   

Onun sözlərinə görə, qlobal diplomatiyanın ürəyi üç gün ərzində Antalyada döyünəcək: 

"İnsanlıq texnoloji yeniliklərə uyğunlaşdığı dövrdə beynəlxalq sistemin böhranları aradan qaldırma iqtidarında olmadığına şahidlik edirik. Dünya beşdən böyükdür, çünki insanlıq beşdən böyükdür". 

Töhfə Səməd

tag: Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Antalya,Forum,Todaypress.az,