Ərdoğan Suriyaya səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayı öncəsi Suriyaya səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Məlumata görə, Suriyanın yeni lideri Əhməd əl-Şara prezident Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.
Bundan öncə isə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əş-Şaranın fevralın 4-də Türkiyəyə səfər edəcəyini bildirib.
Danışıqlar zamanı Suriyadakı son hadisələrin bütün aspektlərinin müzakirə ediləcəyi planlaşdırılır.
Nicat Osman
tag: Türkiyə,Ərdoğan,Suriya,Əhməd əl-Şara,Todaypress.az,