Ərdoğan terrorçulara xəbərdarlıq etdi
Türkiyə terrorla mübarizədə son on ildə
ciddi nəticə əldə edib.
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan şəhidlərin ailə üzvləri və qazilərlə iftar proqdamında
çıxışı zamanı deyib.
O bildirib ki, indi bütün dünyada təyyarəsi, tankı, topu,
raketi ilə fərqlənən Türkiyə var.
“Biz
başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq”.
Dövlət başçısı həmçinin terrorçulara xəbərdarlıq
edib: “Sözlərinin üstündə durmasalar bizdən inciməsinlər. Son terrorçu məhv
olunana qədər əməliyyatlarımızı davam etdirərik. Terrorsuz Türkiyə hədəfimizə
çatmağımıza kimsə mane ola bilməyəcək”.
tag: Türkiyə, Ərdoğan, Terror, Prezident, Mübarizə, todaypress.az,