Ərdoğan: Türkiyə Rusiyanın atəşkəsə yanaşmasını yüksək qiymətləndirir
Türkiyə
Rusiyanın ABŞ-nin 30 günlük atəskəs təklifi ilə qismən razılaşmasını müsbət
qiymətləndirir.
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki,
bu, sülhə gedən yolda mühüm addım ola bilər.
Ərdoğan həmçinin
qeyd edib ki, Türkiyə müharibənin ilk günündən etibarən tərəflər arasında
balanslı davranır: “Ədalətli sülhün yaxın zamanda təmin olunmasına ümid
edirik”.
tag: Ərdoğan, Türkiyə, Rusiya, Sülh,ABŞ, todaypress.az,