Ərdoğan Türkiyədəki etirazlara reaksiya verdi
"Küçələrdə hakimiyyətə təzyiq göstərmək, siyasəti müəyyən etmək cəhdləri artıq keçmişdə qalıb".
TodayPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən etiraz aksiyalarını şərh edərkən deyib.
Dövlət başçısı əlavə edib ki, siyasətin, ədalətin istiqamətini küçə etirazları ilə müəyyən etmək də arxada qalıb.
Qeyd edək ki, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və İstanbul bələdiyyəsinin 100-dən çox əməkdaşı terror təşkilatına yardım və korrupsiyaya görə saxlanılıb.
Bu səbəbdən ölkədə etiraz aksiyaları keçirilir.Türkan İsgəndərli
tag: Türkiyə,Aksiya,Əkrəm İmamoğlu,todaypress.az,Rəcəb Tayyib Ərdoğan,