Ərdoğan: Türkiyədəki zorakılığa görə məsuliyyəti CHP və Özgür Özəl daşıyır
Cümhuriyyət Xalq
Partiyasının (CHP) liderinin çağırışından sonra baş verən hadisələri diqqətlə
izləyirik.
TodayPress xəbər
verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət
iclasından sonra deyib.
Dövlət başçısının
sözlərinə görə, onların çağırışlarından sonra Türkiyədə davam edən zorakılıq
dalğasına görə məsuliyyəti müxalif Cümhuriyyət Xalq Partiyası və onun sədri
Özgür Özəl daşıyır.
“Təəssüf ki, müxalifət
partiyalarının liderləri şüursuzluğun bariz nümunəsini nümayiş etdirdilər.
Korrupsiya, soyğunçuluq və rüşvətxorluq ittihamlarına cavab vermək əvəzinə, beş
gün ərzində qanunsuz bəyanatlar veriblər. Polis əməkdaşlarının yaralanmasına,
şüşələri sındırılan mağaza sahiblərinə, dövlət əmlakına milyardlarla lirə
dəyərində ziyan dəyməsinə görə bütün məsuliyyəti xalqı küçələrə çıxaran partiya
sədri və tərəfdarları daşıyır. Bütün bunlara parlamentdə baxılacaq və bununla
bağlı hüquqi hesabatlar məhkəməyə təqdim olunacaq” Ərdoğan qeyd edib.
Prezident deyib ki, bu
günlər ərzində 123 polis əməkdaşı yaralanıb.
Ərdoğan baş verənlərin
iqtisadiyyatda süni dalğalanmalara səbəb olduğunu da vurğulayıb.
tag: Ərdoğan, Türkiyə, Zorakılıq,Müxalifət, Ankara, todaypress.az,