Ərdoğan: “Türkiyənin sonsuz səbri yoxdur”

Dünya

30.03.2025 15:10

2468

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi nə Suriyanın ərazi bütövlüyünün pozulmasına, nə də cənub sərhədləri boyunca sabitsizliyin yayılmasına imkan verəcək. 

TodayPress “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Ramazan Bayramı münasibətilə verdiyi bəyanatda bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə “terrordan azad Türkiyə” məqsədinə uyğun olaraq, yol xəritəsi çərçivəsində başladığı mübarizəni davam etdirəcək. O, bu kontekstdə əsasən PKK-nı nəzərdə tutduğunu bildirib.

Prezident vurğulayıb ki, Türkiyənin bu məsələdə sonsuz səbri yoxdur və PKK-nın gecikmədən özünü buraxmasını və silahı tam şəkildə yerə qoymasını gözlədiyini açıq şəkildə bəyan edib.

Qiymət Mahir

tag: TÜrkiyə,Suriya,Rəcəb Tayyib Ərdoğan,Ramazan,todaypress.az,