Ərdoğan: "Türkiyəsiz Avropanın təhlükəsizliyi mümkün deyil"

Dünya

11.04.2025 17:17

14

TodayPress xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində deyib.   

Onun sözlərinə görə, NATO-nun ikinci ən böyük quru qoşunlarına sahib olan ölkə kimi, Türkiyə Avropanın təhlükəsizliyi üçün çalışmağa hazırdır. 

"Avropa İttifaqına (Aİ) üzvlüyümüz hələ də strateji hədəfimizdir. Təəssüf ki, Aİ-nin daxilindəki müxalif güclərin addımlarına görə, Türkiyə hələ də tam üzv ola bilməyib. Lakin Türkiyə ittifaqdakı masasına tez bir zamanda qovuşmalıdır. Biz bunda qərarlıyıq. Aİ də buna əsasən addım atmalıdır".   

Töhfə Səməd

tag: Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Antalya,Forum,Todaypress.az,