Ərdoğan Vaşinqtona gedəcək
Türkiyə
rəsmiləri ABŞ-ın aprelin 2-də elan etdiyi 10 faizlik əlavə gömrük rüsumlarını
Vaşinqtonla müzakirə etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu
barədə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
O,
detalları açıqlamayıb.
“Milliyet”
qəzeti yazır ki, Bolat və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan mayda ABŞ-a səfər etməyi planlaşdırır.
Nəşrin
yazdığına görə, tərəflər ABŞ-ın Türkiyədən gələn mallara gömrük rüsumunu dərhal
tətbiq etməkdənsə, tədricən artıracağı qənaətinə gələ bilər. “Türkiyə ilə ABŞ
arasında ticarət dövriyyəsi balanslaşdırılıb, ABŞ üçün əlverişsiz vəziyyət
yoxdur, ona görə də yumşalma ola bilər” nəşr qeyd edib.
tag: Türkiyə,ABŞ,Görüş, Vaşinqton, Ərdoğan, Ömər Bolat, Rüsum, todaypress.az,