Ərdoğan və Tramp Ağ Evdə görüşəcək

Dünya

14.04.2025 12:23

13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında üzbəüz danışıqların təşkili imkanı nəzərdən keçirilir.   

TodayPress xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb. 

Nəşrin məlumatına görə, sammit Ağ Evdə baş tuta bilər.  "Əvvəl aprelin sonu və ya mayda görüşün baş tutması planlaşdırılırdı. Lakin indi əsas diqqət iyun ayına cəmlənib" məqalədə vurğulanır. 

Hazırda Vaşinqton və Ankara prezidentlər arasında təşkil olunacaq görüşün mümkün variantları üzərində işləyir. 

Qeyd edək ki, Ərdoğanın ABŞ prezidenti ilə gömrük rüsumlarının tətbiqini müzakirə edəcəyi gözlənilir. 

Töhfə Səməd

tag: Ərdoğan,Tramp,Ağ Ev,Görüş,Todaypress.az,